Çempionatda su fasiləsinin səbəbi açıqlandı

FIFA prezidenti Canni İnfantino DÇ-2026-da tətbiq olunan su fasilələri barədə danışıb.
AZERFAX.AZ xəbər verir ki, məlumat FIFA-nın rəsmi saytında yer alıb. İnfantino bildirib ki, fasilələrin əsas səbəbi yüksək temperaturdur. Onun sözlərinə görə, 39 gün davam edən turnirdə komandalar bir neçə oyun keçirdiyi üçün istirahət imkanları vacibdir. FIFA rəhbəri qeyd edib ki, bütün komandalar eyni şəraitdə oynamalıdır. O, yalnız isti hava səbəbindən bəzi baş məşqçilərin əlavə imkan qazanmasının ədalətsiz ola biləcəyini deyib.
FIFA prezidenti əlavə edib ki, bu qərarın maliyyə tərəfi yoxdur. Bütün kommersiya müqavilələri əvvəlcədən bağlanıb və FIFA bundan gəlir əldə etmir.
Qeyd edək ki, fasilələr 22-ci və 67-ci dəqiqələrdə keçirilir və təxminən 3 dəqiqə davam edir. Bu müddət hər hissənin sonundakı əlavə vaxta əlavə olunur. Bu praktikaya dünya çempionatları tarixində ilk dəfə DÇ-2026-da rast gəlinir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



