Ölkə

​82 ildir okeanın dibində 2,2 ton qızıl yatır

İkinci Dünya Müharibəsi zamanı Atlantik okeanında batırılan Yaponiyanın “I-52” sualtı qayığı 82 ildir dəyəri yüz milyonlarla dollar olan sirri qoruyub saxlayır.

AZERFAX.AZ xəbər verir ki, 1944-cü ildə faşist Almaniyasının işğalı altındakı Fransaya strateji materiallar və texnologiya daşımaq məqsədilə yla çıxan sualtı qayıq, ABŞ-ın şifrə açan qruplarının koordinatları əvvəlcədən təyin etməsi nəticəsində dənizin dərinliklərinə qərq edilib. Həmin vaxtdan bəri gəminin göyərtəsindəki 2,2 ton qızıl okeanın dibində çıxarılacağı günü gözləyir.

Batan qayığın dəqiq yeri 1995-ci ildə amerikalı tədqiqatçı Pol Tidvelin rəhbərlik etdiyi komanda tərəfindən inkişaf etmiş sonar sistemləri vasitəsilə təxminən 5,2 kilometr dərinlikdə aşkar edilib. Sonrakı illərdə icra olunan kəşfiyyat əməliyyatlarında gəminin göyərtəsindəki bəzi digər yüklər görüntülənsə də, bu gün dəyəri 280 milyon dollardan çox olan qızıl xəzinəyə hələ də toxunmaq mümkün olmayıb.

Tədqiqatçılar qiymətli metalın sualtı qayığın ən çətin və əlçatmaz hissəsində yerləşdiyini bildirirlər. 5 min metrdən artıq dərinlik indiki şəraitdə xilasetmə və çıxarma işlərini demək olar ki, qeyri-mümkün edir. Mütəxəssislər nəhəng xəzinənin taleyinin gələcəkdə inkişaf edəcək yeni dərin dəniz texnologiyalarından asılı olduğunu qeyd edirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button