Hadisə
Mövqelərimiz yenidən atəşə tutuldu.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə AZERFAX.az Müdafiə Nazirliyindən istinadən xəbər verir.
Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.