Region
Beyləqanda spirtli içki can aldı.

Beyləqan rayonunda 58 yaşlı kişi zəhərlənərək həyatını itirib. AZERFAX.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Ramiz Orucov spirtli içki qəbul edib və zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb bürosu