AZERFAX TV
Boşanmağa hazırlaşan aparıcının həyat yoldaşı vəfat etdi

Türkiyəli xəbər aparıcısı Erhan Çelikin boşanma ərəfəsində olduğu həyat yoldaşı, həkim Özlem Gültekin dünyasını dəyişib.
AZERFAX.AZ xəbər verir ki, Gültekin İzmirdəki özəl klinikasında olarkən qəfil səhhəti pisləşib. Yanındakı həmkarları ona ilkin tibbi yardım göstərsələr də, bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Həkimin ağır infarkt keçirərək öldüyü bildirilib. Onun vəfatı barədə sahibi olduğu klinikanın sosial media hesabında da məlumat açıqlanıb.
Qeyd edək ki, Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə ailə qurublar. Cütlüyün 2020-ci ildə Ali Boran adlı oğlu dünyaya gəlib. Bir müddət öncə tərəflərin qarşılıqlı şəkildə məhkəmədə boşanma iddiası qaldırdığı barədə məlumatlar yayılmışdı.



