AZERFAX TV
Daha bir ölkədə güclü zəlzələ baş verdi

Filippin sahillərində 5,3 maqnitudalı güclü zəlzələ baş verib.
AZERFAX.AZ xəbər verir ki, ölkədəki təbii fəlakət barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Yeraltı təkanlar çərşənbə axşamı, sentyabrın 1-də yerli vaxtla saat 21:22-də Mindanao adası yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri Saranqani əyalətindən 42 kilometr cənub-şərqdə yerləşib. Ocaq 130 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Daha əvvəl elə həmin gün İndoneziyanın Halmahera adasında 5,6 bal gücündə zəlzələ baş verib.
Hüseyn İbadlı



