Ölkə

ABŞ-İran gərginliyi fonunda neft kəskin bahalaşdı

ABŞ Hərbi Hava Qüvvələrinin Hörmüz boğazı ətrafında İran mövqelərinə zərbələr endirməsi barədə məlumatların yayılması dünya bazarında neft qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, Axios jurnalisti Barak Ravid ABŞ aviasiyasının Hörmüz boğazı yaxınlığında İran hədəflərinə zərbələr endirdiyini bildirib.

İranın Press TV kanalı ölkənin cənubunda, o cümlədən Kiş adasında partlayış səslərinin eşidildiyini açıqlayıb. “Al Jazeera” isə Bəndər-Abbas limanında da partlayış səslərinin eşidildiyini yayıb.

Məlumata görə, Moskva vaxtı ilə saat 19:42-də London ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 3,38 dollar və ya 3,74% bahalaşaraq 93,86 dollar/barelə çatıb.

ABŞ-ın WTI markalı neftinin oktyabr fyuçersləri isə 3,70 dollar və ya 4,33% artaraq 89,47 dollar/barel təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button