Dünya
İstanbulda silahlı hücum – Azərbaycanlı yaralandı

Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı iki nəfər restorandakı 3 müştəriyə atəş açıb.
Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
Hadisəni törədənlərin tapılması istiqamətində işlər aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.