AZERFAX TV
Daha bir ölkədə təyyarə qəzası

Sentyabrın 10-da Braziliyada kiçik təyyarə qəzaya uğrayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Yanğından mühafizə xidmətinin məlumatına əsasən, hadisə yerində üç nəfərin meyiti tapılıb.
Aviasiya qəzasına nəyin səbəb olduğu, həmçinin digər təfərrüatlar hələlik məlum deyil. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Hüseyn İbadlı



