Ölkə

Hakan Fidan və Əraqçi regionu müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, danışıq zamanı regionda baş verən aktual məsələlər müzakirə olunub.

Tərəflər Hörmüz boğazı ilə bağlı təmasları, eləcə də regionda davam edən qarşıdurmaların dayandırılmasına yönəlmiş danışıqların gedişini nəzərdən keçiriblər.

Nazirlər həmçinin, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumları müzakirə edərək, bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Back to top button