Ölkə

Arda Güler hakimə söydü

“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler İspaniya La Liqasında keçirilən oyunda hakimin qərarına sərt reaksiya göstərib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, “Real Madrid”in “Malaqa” ilə qarşılaşmasında Arda Güler penalti qərarından narazı qalıb. Gənc futbolçunun həmin an hakimə türkcə söydüyü canlı yayım görüntülərinə əks olunub.

Ardanın etiraz etdiyi epizoddan sonra hakim penalti qərarını ləğv edib. Futbolçu daha sonra oyuna daxil olub və qarşılaşmanın 90+1-ci dəqiqəsində fərqlənərək komandasının dördüncü qolunu vurub.

“Real Madrid” görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.

Related Articles

Bir cavab yazın

Back to top button