AZERFAX TV

Əfv edilən yeganə qadın məhkum

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası həyata keçirilib.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, 4 saylı müəssisədən bir qadın – Pakistan vətəndaşı Sabir Soniaya əfv olunması barədə arayış verilib və o, azadlığa qovuşub.

Qeyd edək ki, bu gün verilən əfv sərəncamı bir qadın məhkuma şamil olunub.

Sabir Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdi. Pakistanlı qadın quludurluqda ittiham olunmuş və 7 il azadlıqdan məhrum edilmişdi. Onun cəzasının bitməsinə 6 ay qalmışdı.

Bununla həbsdə olan dörd əcnəbi vətəndaş cəzaçəkmə yerindən azad olunub. Əfv sərəncamı ilə azad olunanlar Türkiyə vətəndaşları Demir Mehmet və Özdemir Salih, Rusiya vətəndaşı Mikhayılov Kirill Vladimiroviç, Pakistan vətəndaşı Sabir Soniadır.

Fransa vətəndaşı Martin Ryan isə Lənkəranda cəzaçəkmə müəssisəsindən azad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub. Onlardan 5-i əcnəbidir.

Related Articles

Bir cavab yazın

Back to top button