Ölkə

Pezeşkian: Qeyri-müəyyənlik ölkəyə zərər vurur

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin “nə müharibə, nə də sülh” vəziyyətindən mümkün qədər tez çıxmasının vacibliyini bildirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, mövcud vəziyyət ölkəyə zərər vurur və qeyri-müəyyənlik yaradır. O, vəziyyətə aydınlıq gətirilməsinin bir çox problemin həllinə imkan verə biləcəyini qeyd edib.

Prezident ABŞ və İsraili İranın istehsal zəncirini pozmağa, bununla da ölkədə işsizliyi, problemləri və narazılığı artırmağa çalışmaqda ittiham edib.

Pezeşkian əlavə edib ki, istehlak modelində islahatlar aparılması İranın bu cəhdlərə qarşı dayanmasına və qarşı tərəfin planlarının nəticəsiz qalmasına kömək edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button