Ölkə

Tovuzun Alakol kəndindəki çay üzərindəki körpü kimin balansındadır? – Regional Su Meliorasiya QSC-dən rəsmi açıqlama

Xəzər TV-nin efirində Tovuz rayonunun Alakol kəndi ərazisində yerləşən körpünün məhəccərlərinin olmaması və bunun sürücülər üçün təhlükə yaratması ilə bağlı yayımlanan süjetə münasibət olaraq bildiririk ki, sözügedən körpü Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin Sağ Sahil Magistral kanalının PK 516-cı piketində yerləşir.

Bu barədə açıqlama Regional Su Meluorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilib.
Qeyd olunur ki, körpü Alakol kənd sakinlərinin kənddən Bakı-Qazax avtomobil yoluna çıxışını asanlaşdırmaq məqsədilə vətəndaşların özləri tərəfindən 12 il əvvəl inşa edilmişdir. körpünün su təsərrüfatı obyektinin üzərində yerləşməsi onun Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin və Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olması demək deyil.

“Sözügedən körpü İdarənin balansında olmadığından onun istismarı, texniki vəziyyətinə nəzarət və saxlanılması İdarə tərəfindən həyata keçirilmir.

Bununla əlaqədar bildiririk ki, körpünün məhəccərlərinin bərpası ilə bağlı məsuliyyətin Su təsərrüfatı idarələrinin üzərinə yönəldilməsi düzgün deyil. İnfrastruktur obyektlərinin istismarı və təhlükəsizliyinin təmin edilməsi onların balans mənsubiyyətinə və aidiyyəti qurumların səlahiyyətlərinə uyğun həyata keçirilməlidir” deyə, açıqlamada vurğulanır

Related Articles

Bir cavab yazın

Back to top button