Ölkə

Acun “Fənərbaxça” ilə “Şaxtyor” arasında seçim etdi

“Hall Siti” klubunun sahibi Acun Ilıcalı “Şaxtyor” və “Fənərbaxça” arasında keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

AZERFAX.AZ xəbər verir ki, o, Arda Turan və Emre Belözoğlunun Çempionlar Liqasında rəqib komandaların baş məşqçiləri kimi üz-üzə gəlməsindən böyük qürur duyduğunu bildirib. Ilıcalı bildirib ki, hər iki mütəxəssislə yaxın dostdur və onlar Türkiyə futbolunda uzun illər iz qoyublar. Bununla belə, iş adamı azarkeşi olduğu “Fənərbaxça”nın qələbəsini arzuladığını gizlətməyib.

“Qürur duyacağımız bir oyun olacaq. Arda başqa yerlərdən xal qazanar, inşallah, bizdən qazana bilməz. Hər ikisini çox sevirəm, amma qalib “Fənərbaxça” olsun”, – deyə o bildirib.

Acun Ilıcalı qarşılaşmanı stadiondan izləyəcəyini də açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button