İdman

Çempionlar Liqası: “Arsenal” “Real Madrid”i darmadağın etdi, Bavariya İnterə məğlub oldu -VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına start verilib. AZERFAX.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turnirin son qalibi olan İspaniya “Real Madrid”i İngiltərədə “Arsenal”a böyük hesabla uduzub – 0:3. London klubunun qollarını 58 və 70-ci dəqiqələrdə Deklan Rays, 75-ci dəqiqədə Mikel Merino vurublar.

Almaniyanın “Bavariya” klubu isə öz meydanında İtaliya “İnter”i ilə bacarmayıb. Milan klubu səfərdə 2:1 hesablı qələbə qazanıb. Qonaqların heyətində 38-ci dəqiqədə Lautaro Martines, 88-ci dəqiqədə Davude Fratezi fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə 85-ci dəqiqədə Tomas Müller imza atıb.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu bu gün keçiriləcək.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

8 aprel

“Arsenal” (İngiltərə) – “Real” (İspaniya) 3:0

“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) 1:2

Qeyd edək ki, 1/4 final mərhələsində daha iki oyun sabah baş tutacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button