Region

Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan növbəti ağacəkmə aksiyaları keçirilib

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən rayonun müxtəlif ərazilərində keçirilən növbəti ağacəkmə aksiyalarında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, məsul şəxslər, sakinlər, gənc könüllülər və ictimaiyyət fəalları iştirak ediblər. AZERFAX.az xəbər verir ki,
ətraf mühitin qorunması, yaşıllıqların artırılması və vətəndaşlarda ekoloji məsuliyyətin gücləndirilməsi məqsədi daşıyan aksiyalar zamanı yerli iqlim şəraitinə uyğun müxtəlif növ meyvə və dekorativ ağaclar əkilərək, aqrotexniki qulluq göstərilib. Həmçinin yaşıllıq sahələrinin qorunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm mərhələdir. Bu çərçivədə reallaşdırılan çoxsaylı silsilə tədbirlər ölkəmizin davamlı inkişafına xidmət göstərir. Ekoloji layihələr də bu prosesin vacib tərkib hissəsidir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button