Zakir Həsənov Hulusi Akarla görüşdü

AZERFAX.AZ xəbər verir ki, Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan və Türkiyə arasında bütün sahələrin, o cümlədən hərbi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Cənab H.Akar isə öz növbəsində Azərbaycana cari ildə ilk səfərindən razılıq ifadə edib, hər zaman olduğu kimi göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən qonaq Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrinin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran, o cümlədən regional təhlükəsizliyə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.