Göygöldə baş verən qəzada xəsarət alan sərnişinin vəziyyəti necədir?

Bakı – Qazax yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində bir nəfərin ölümü nəticələnən yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişin, 2002- ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə 20.04.2025-ci il tarixində saat 23:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Bud sümüyünün sınığı diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə mə\lumatda bildirilir.
AZERFAX.az Qərb Bürosu