Region
Gəncədə ailə qurmaq üçün qız qaçıran oğlan döyüldü

Gəncədə 24 yaşlı oğlan qız qaçırmaq üstündə döyülüb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə yaşayış qəsəbələrindən birində şəhər sakini, 2001-ci il təvəllüdlü İbrahim Məmmədov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin ehtimallara görə, o evlənmək məqsədilə qaçırdığı qızın yaxınları tərəfindən fiziki təyziqə məruz qalıb. Xəsarət alan şəxsin vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu