Ölkə
Sərnişin avtobusu qəzaya uğradı – Yaralılar var

Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb və qəzaya uğrayıb.
İlkin məlumata əsasən, qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.