Kanadada parlament seçkilərinin qalibi açıqlandı

Kanadada ABŞ Prezidenti Donald Trampın “51-ci ştat” ritorikasının kölgəsində keçirilən növbədənkənar parlament seçkilərinin qalibi Liberal partiyası olub.
AZERFAX.AZ xəbər verir ki, baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal partiyası səslərin 43,5 faizini alaraq seçkidə çoxluğu təmin edib. Məlumata görə, Karninin partiyası Kanada federal parlamentindəki 343 yerdən 168-ni qazanıb. Ölkəni təkbaşına idarə etmək üçün isə 172 yer lazımdır. Səslərin 41,4 faizini toplayan müxalif Mühafizəkarlar partiyası parlamentdəki yerlərin 144-nü qazanıb. Seçkilərdə Mühafizəkarlar partiyasını 6,4 faiz səslə Kvebek bloku partiyası izləyir.
Bundan əvvəlki seçkilərdə Castin Trüdonun rəhbərlik etdiyi Liberal partiyası 160, Mühafizəkarlar partiyası 119, Kvebek Bloku 32 və Yeni Demokratik Partiyası 25 yer qazanmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.