Region
Samuxda 27 yaşlı kişi bıçaqlandı.

Samuxda iki nəfər arasında mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Sərkar kəndində baş verib. Rayonun İstixana qəsəbə sakini 1998-ci il təvəllüdlü E. Həsənov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu