Sosial

Sumağın bilmədiyiniz faydaları

Fars dilində qırmızı meyvə və limonlu ədviyyat kimi tanınan sumaq İran, Əfqanıstan, Cənubi Avropa, Şimali Afrika və Aralıq Dənizdə yetişir.

AZERFAX.AZ xəbər verir ki, sumaq orqanizmdə iltihablanma, hərarət, artrit, dəri iltihabı, tənəffüs pozğunluqları, bronxit və bir çox xəstəliyin müalicəsində müsbət təsirə malikdir. Laboratoriya nəticələri sumağın yaxşı anti-inflamatuar xüsusiyyətlərə malik olduğunu təsdiqləyib.
Bu ədviyyatın anti-inflamatuar və antibakterial xüsusiyyətləri dəri problemlərinin müalicəsində və yaraların sağalmasında güclü təsirə malikdir. Çeynənmiş sumaq yarpaqları iltihablı diş ətlərini sağaldır.

Yüksək xolesterin ürək və qaraciyər xəstəliklərinin başlıca səbəbidir. Siçanlar üzərində aparılan təcrübədə sumaq meyvələri ekstraktının qanda xolesterin səviyyələrini aşağı saldığı ortaya çıxıb. Bu da onu göstərir ki, ədviyyat ürək və qaraciyər qorumaq üçün faydalıdır.

Aparılan bəzi araşdırmalarda sumaq bitkisinin antikanserogen olduğu təsdiq edilib. Sumağın digər sağlam hüceyrələr üzərində mənfi təsir yaratmadığı, ancaq xərçəng hüceyrələrini məhv etdiyi müşahidə olunub. Bundan sonra sumaqdan dərman kimi kimyəvi müalicədə də istifadə edilməyə başlanılıb.

Sumaq qadın xəstəliklərinin müalicəsində də tətbiq edilir. Həddindən artıq vaginal axıntı zamanı dərman kimi istifadə olunur. Eyni zamanda sumaq ana südünün artırılması məqsədilə də istifadə edilir.

Tənəffüs yolları xəstəliklərini müalicə etmək məqsədilə istifadə edilir. Sumağın müxtəlif tənəffüs yolu xəstəliklərində faydası elmi araşdırmalarda sübut olunub.

Sumaq sidikqovucu xüsusiyyətləri sayəsində orqanizmdən zəhərli maddələrin atılmasını təmin edir. Sidik kisəsi iltihabını müalicə etmək üçün istifadə edilir. Yaxın şərqdə turş sumaq suyu mədə problemlərini sakitləşdirmək üçün tez-tez istifadə edilən təbii müalicə üsuludur.

Qanın təmizləməsi və boğaz ağrısının müalicəsi üçün faydalıdır. Sumağın büzücü və soyuducu xüsusiyyətləri həzm və sidik kisəsi problemlərinə müalicəvi təsir göstərir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button