Sosial

Uyğunsuz sosiska partiyası ölkəmizə gətirilməyib

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.

Bu barədə AZERFAX.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
AQTA bildirir ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəyə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Agentlik Azərbaycana idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button