Hadisə
Goranboyda maşın aşdı, iki nəfər xəstəxanalıq oldu.

Goranboyda yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Samir Məmmədov “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarına aşıb.
Hadisə zamanı sürücünün 15 yaşlı övladı Nicat Məmmədov və avtomobildə olan digər sərnişin, 1953-cü il təvəllüdlü Aslan Məmmədov müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu