Region

Daşkəsən şəhərində LED lampalı müasir işıq dirəkləri quraşdırılır

İyunun 12-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən Daşkəsən şəhəri ərazisində LED lampalı işıq dirəklərinin quraşdırılması layihəsinin icrası prosesinə keçirilən baxışda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz, TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və RİH-nin məsul şəxsləri iştirak ediblər.
Daşkəsən rayonunun infrastrukturunun yenilənməsi çərçivəsində işıqlandırmanın da müasirləşdirilməsi istiqamətində görülən davamlı işlərdən söz açan icra başçısı Orxan Abbasov göstərdiyi dəstəyə görə TİKA-ya təşəkkürünü bildirib.
Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop deyib ki, TİKA-nın Daşkəsəndə həyata keçirdiyi layihə yalnız işıqlandırma ilə məhdudlaşmır. Bu həm də Türkiyə və Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir.
TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz və TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik layihənin icra prosesi barədə məlumat veriblər və gələcəkdə bənzər təşəbbüslərin davamlı olacağını bildiriblər.
Qeyd edək ki, layihə çərçivəsində Daşkəsən şəhərinin müxtəlif yerlərində 60 ədəd LED lampalı işıq dirəyinin quraşdırılması nəzərdə tutulur. Hazırda işlər davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button