Region

Kəlbəcərdə UAZ aşdı – xəsarət alanlar var.

Kəlbəcərdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisə baş verib. AZERFAX.az-ın yerli bürosunun m\əlumatına görə rayonun İstisu qəsəbəsində “UAZ” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü, 1980-ci il təvəllüdlü X. Quliyev və avtomobilin sərnişinləri –  1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Back to top button