AZERFAX TV
18 nəfər öldü, 108 nəfər yaralandı

Ötən gecə ABŞ-ın İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
AZERFAX.AZ xəbər verir ki, bunu İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi açıqlayıb.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İran obyektlərinə hava zərbələri endirib. İran tərəfi isə buna cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını hədəfə alıb.



