Ölkə

“Uber” 3,3 min əməkdaşını ixtisar edəcək

ABŞ-nin taksi sifarişi və yemək çatdırılması xidmətləri göstərən “Uber Technologies Inc”. şirkəti genişmiqyaslı restrukturizasiya çərçivəsində dünya üzrə təxminən 3,3 min əməkdaşını, yəni işçi qüvvəsinin təxminən 10 faizini ixtisar etməyi planlaşdırır.

AZERFAX.AZ xəbər verir ki, şirkətin baş icraçı direktoru Dara Xosrovşahi əməkdaşlara göndərdiyi və “Bloomberg”in əldə etdiyi məktubda bildirib ki, restrukturizasiya nəticəsində şirkətdə menecerlərin sayı 20 faiz azalacaq.

Plan çərçivəsində bir və ya iki əməkdaşdan ibarət komandaların sayı iki dəfə azaldılacaq, həmçinin müəyyən şöbələr birləşdiriləcək.

İxtisarlar nəticəsində qənaət ediləcək vəsait şirkətin əsas biznes istiqamətlərinin inkişafına, eləcə də sürücülərin, kuryerlərin və satıcıların əməkhaqlarının artırılmasına yönəldiləcək.

Uber-in səhmləri çərşənbə günü ilkin ticarət sessiyasında 2 faiz bahalaşıb. İlin əvvəlindən etibarən şirkətin bazar kapitallaşması 7,9 faiz azalaraq 153,7 milyard dollar təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button