AZERFAX TV

ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi

ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallinin olduğu Sahil Mühafizəsinə məxsus təyyarə mühərrik nasazlığı səbəbindən Vaşinqton yaxınlığında təcili eniş edib.

AZERFAX.AZ xəbər verir ki, “Reuters”in məlumatına görə, uçuş zamanı hava gəmisinin sağ mühərriki sıradan çıxıb. Bundan sonra pilot fövqəladə vəziyyət elan edərək təyyarəni Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanına yönəldib və təhlükəsiz şəkildə yerə endirib. Təyyarədə ümumilikdə 14 nəfər olub.

Hadisə ilə bağlı açıqlama verən Mallin Sahil Mühafizəsinin pilotlarının peşəkarlığını yüksək qiymətləndirib. O bildirib ki, pilotlar təyyarənin bir mühərriklə enişini adi vəziyyət kimi idarə edib və uçuş zamanı panika yaşanmayıb.

Hadisə nəticəsində təyyarədə olan şəxslərdən heç biri xəsarət almayıb.

Related Articles

Bir cavab yazın

Back to top button