Ölkə
Acun Ilıcalının “Hall Siti”si İngiltərədə gündəm oldu


Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti”nin heyət dəyəri son transferlərdən sonra ciddi şəkildə artıb.
AZERFAX.AZ xəbər verir ki, İngiltərə klubunun 60 milyon avro olan heyət dəyəri 260 milyon avroya yüksəlib. Bildirilir ki, Ilıcalı yeni mövsüm öncəsi komandaya bir sıra önəmli futbolçular cəlb edib. “Hall Siti” transfer xərclərinə görə dünya üzrə 11-ci pilləyə qədər yüksəlib. Transfer pəncərəsinin son günündə kluba 6 futbolçunun qoşulması İngiltərə mətbuatında da geniş müzakirə olunub. Məlumata görə, ölkənin aparıcı media qurumları Acun Ilıcalı ilə canlı bağlantılar həyata keçirərək klubun transfer siyasətini gündəmə gətirib.
Qeyd edək ki, “Hall Siti” Premyer Liqanın ilk iki turunda 6 xal toplayıb.



