AZERFAX TV

ABŞ İrana qarşı yeni hücumların şərtlərini açıqladı

ABŞ və İran arasında Yaxın Şərqdə qarşılıqlı zərbələr İslam Respublikasının Hörmüz boğazındakı gəmilərə hücumlarını davam etdirib-etdirməyəcəyindən asılıdır.

AZERFAX.AZ xəbər verir ki, “Axios” nəşrinin mənbələri bu şərti irəli sürüblər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton Hörmüz boğazı ətrafında uzunmüddətli gərginliyə hazırlaşır. Qeyd olunur ki, eskalasiya bir neçə gündən bir aya qədər davam edə bilər.

Tehranda daha əvvəl bəyan etmişdilər ki, Hörmüz boğazından keçid ödənişli olmayacaq, lakin gəmi sahibləri dənizdə təhlükəsizlik, ətraf mühitin mühafizəsi və gəmiçiliyin idarə olunması ilə bağlı texniki xidmətlərin əməliyyat xərclərini öz üzərlərinə götürməli olacaqlar.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button