Avropanın bu şəhərində son 112 ilin ən isti günü yaşandı

Avropanın bir sıra ölkələrində müşahidə olunan anomal istilər yeni temperatur rekordları ilə müşayiət olunur.
AZERFAX.AZ xəbər verir ki, İspaniyanın Barselona şəhərində termometrlər 40,7 dərəcə Selsini göstərib. Bu göstərici son 112 ildə şəhərdə qeydə alınan ən yüksək temperatur kimi tarixə düşüb.
Qonşu Fransada da güclü istilər ciddi fəsadlara səbəb olub. Ölkənin daxili işlər naziri Loran Nunesin sözlərinə görə, yüksək temperatur fonunda 300-dən çox meşə yanğını baş verib. Yanğınların söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
İngiltərədə də hava şəraiti mövsüm normasını xeyli üstələyib. Cümə axşamı ölkənin bir sıra bölgələrində havanın temperaturu 32 dərəcəni keçib. Paytaxt Londonda isə temperaturun 34 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Meteoroloqlar yaxın günlərdə də Avropanın bir çox bölgəsində isti hava dalğasının davam edəcəyini bildirirlər. Yüksək temperatur səbəbindən sakinlərə zəruri olmadıqca günün ən isti saatlarında açıq havada olmamaq, bol maye qəbul etmək və yanğın təhlükəsinə qarşı ehtiyatlı davranmaq tövsiyə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



