ABŞ miqrantları bu ölkəyə göndərir: 5 milyon dollar ödəyəcək

ABŞ administrasiyası üçüncü ölkə vətəndaşlarının Liberiyaya deportasiyası ilə bağlı razılaşma çərçivəsində bu ölkəyə 5 milyon dollar ödənişi təsdiqləyib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Liberiya 2025-ci ilin oktyabrında ABŞ-dan deportasiya edilən miqrantları qəbul etmək imkanını nəzərdən keçirəcəyini bildirib. Həmin ilin dekabrında isə ABŞ Dövlət Departamenti bu məqsədlə Liberiyaya 5 milyon dollar ayrılmasını təsdiqləyib.
Sənədlərdə qeyd olunur ki, vəsait miqrantların yerləşdirilməsi, qida ilə təmin olunması və peşə təhsili almasına sərf edilə bilər.
Daha əvvəl Liberiyanın “Spoon TV” kanalı ölkənin informasiya, mədəniyyət və turizm naziri Jerolinmek Piaya istinadən gələn il ərzində ABŞ-dan 1200 üçüncü ölkə vətəndaşının qəbul ediləcəyini bildirmişdi. Deportasiya olunan ilk qrup avqustun 20-də Liberiyaya çatıb.



