Ölkə

İran ABŞ-ni hədələdi: “Buna məcbur edəcəyik”

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ni sanksiyaları ləğv etməyə çağırıb.

AZERFAX.AZ xəbər verir ki, o İranın dondurulmuş aktivlərini azad etməyə, dəniz blokadasına son qoymağa və bölgədən çıxmağa çağırıb. Əks halda, hərbi güclə buna məcbur edəcəklərini bildirib.

Əzizi sosial media hesabında ABŞ-nin diplomatiya dilini anlamadığını da iddia edib. O bildirib ki, “ABŞ” sanksiyaları ləğv etməsə, İranın aktivlərini azad etməsə və dəniz blokadasına son qoymasa, Tehran onları buna məcbur edəcək.

“Tarix güc dilinin ABŞ-ni yalnız bu addımları atmağa deyil, həm də İran xalqından üzr istəməyə və bölgədən həmişəlik çıxmağa məcbur edəcəyini göstərəcək”, – deyə Əzizi qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button