AZERFAX TV
Arda İngiltərə nəhənginin radarında

Türkiyə millisinin və “Real”ın yarımmüdafiəçisi Arda Gülər İngiltərə Premyer Liqasında karyerasını davam etdirə bilər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, gənc futbolçunun transferində “Arsenal” maraqlıdır. “Topçular” yay transfer pəncərəsində Güləri heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.
“Real”la Arda Gülər arasında mövcud müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Türkiyəli futbolçunun bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.
Cari La Liqa mövsümündə Gülər 31 oyunda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət



