AZERFAX TV

Bu ölkədə İlon Maskın oxşarı tapıldı

Çində İlon Maska bənzəyən 48 yaşlı aşpaz Ma Tsyanpin sosial şəbəkələrdə yayılan təsadüfi videodan sonra məşhurlaşıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Bildirilib ki, Tunçuan şəhərində restoran sahibi olan Ma Tsyanpinlə şəkil çəkdirmək istəyən insanların sayı kəskin artıb. Bu səbəbdən restorana gələn müştərilərin sayı iki dəfə çoxalıb.

Buna baxmayaraq, aşpaz gündə 15 saat işlədiyini, bütün əməkdaşlıq təkliflərini rədd etdiyini və fəaliyyətini yalnız restoranında davam etdirmək istədiyini bildirib. O, qəfil qazandığı şöhrətin onda utancaqlıq və narahatlıq yaratdığını da etiraf edib.

Sosial şəbəkə istifadəçiləri isə onunla bağlı zarafat xarakterli memlər hazırlayır, restoranın adının “Space X Barbecue” olaraq dəyişdirilməsini təklif edirlər.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button