Ölkə

Faciəvi şəkildə ölən 33 yaşlı Rüfətin FOTOSU

Xəbər verildiyi kimi, ötən gecə Ucarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub. İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb. Digər piyada və sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Yol qəzasında dünyasını dəyişən şəxsin 1993-cü il təvəllüdlü Göyçay şəhər sakini Məmmədov İsa Rüfət oğlu olduğu məlum olub. R.Məmmədov hadisə yerində vəfat edib.

33 yaşlı Rüfətin fotosunu təqim edirik:

ewofbgp8q3.webp

Related Articles

Bir cavab yazın

Back to top button