AZERFAX TV
Bu ölkədə zəlzələ 6 nəfərin ölümünə səbəb oldu

Peruda baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub.
AZERFAX.AZ xəbər verir ki, bunu ölkənin Baş naziri Luis Arroyo Sançez bildirib.
Baş nazirin sözlərinə görə, 250-dən çox evə ziyan dəyib, 48 bina tamamilə dağılıb.
Qeyd edək ki, şənbə günü axşam ölkənin mərkəzi hissəsindəki Junin departamentinin Çupaka şəhərindən 7 kilometr cənubda 5,1 bal gücündə zəlzələ baş verib.



