Ölkə
Argentina millisi İspaniya ilə matçda ciddi itki ilə üzləşib


İspaniya millisi dünya çempionatında Argentinaya qarşı final oyununda ciddi itki ilə üzləşib.
AZERFAX.AZ xəbər verir ki, Cənubi Amerika təmsilçisinin mərkəz müdafiəçisi Lisandro Martines zədələnərək 44-cü dəqiqədə meydanı tərk edib. Onu Nikolas Otamendi əvəzləyib.
Martines 41-ci dəqiqədə rəqib futbolçuya qarşı kobudluqdan sonra sarı vərəqə ilə cəzalanmışdı.
Qeyd edək ki, Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan qarşılaşmada ilk hissədən sonra hesab açılmayıb – 0:0



