AZERFAX TV

Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir

Alimlər müəyyən ediblər ki, erkən yaddaş pozuntularından və yuxu problemlərindən əziyyət çəkən yaşlı şəxslər yüksək dozada D vitamini qəbul etdikdə, onların koqnitiv test nəticələri nəzərəçarpacaq dərəcədə daha yaxşı olur.

AZERFAX.AZ xəbər verir ki, tədqiqat “Sleep Medicine” jurnalında dərc olunub.

Tədqiqatda mülayim koqnitiv pozuntuları – normal qocalma ilə demensiya arasında aralıq vəziyyət və yuxu çətinlikləri olan 54 şəxs iştirak edib. Məlum olub ki, hər gün ən azı 5000 beynəlxalq vahid D vitamini qəbul edənlər testdə onu ümumiyyətlə qəbul etməyənlərdən 13%-dən çox bal toplayıblar.

Qiymətləndirmə üçün yaddaş və təfəkkürü yoxlayan Monreal Koqnitiv Qiymətləndirmə Şkalasından (MoCA) istifadə olunub. Bununla yanaşı, D vitamininin daha aşağı dozaları oxşar effekti verməyib, D2 (bitki mənşəli) və D3 (günəş şüalarının təsiri altında yaranan və heyvan mənşəli məhsullarda olan) formaları isə təxminən eyni dərəcədə təsir göstərib.

Mülayim koqnitiv pozuntular müdaxilə üçün mühüm “pəncərə” hesab olunur: məhz bu mərhələdə xəstəliyin inkişafını hələ ləngitmək mümkündür. Alimlər yuxu və təfəkkür arasında sıx əlaqənin olduğunu da xüsusi qeyd edirlər — yuxu pozuntularına mülayim və ağır dərəcəli Altsheymer xəstəliyi olan insanların təxminən yarısında rast gəlinir.

Müəlliflər tədqiqatın kiçikmiqyaslı olduğunu, buna görə də birbaşa qəti nəticələr çıxarmağın və ya müstəqil şəkildə özünə yüksək dozada vitamin təyin etməyin tez olduğunu vurğulayırlar. Bununla belə, xəstələrin sayının artması fonunda nəticələr mühüm əhəmiyyət kəsb edir: bu gün ABŞ-da təxminən 7 milyon Altsheymer xəstəsi var, 2050-ci ilə qədər isə onların sayının 13 milyona çatacağı gözlənilir. Alimlər qeyd edirlər ki, D vitamini profilaktika üçün əlçatan bir əlavə ola bilər, lakin o, sağlam həyat tərzini və həkim nəzarətini əvəz etmir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button