Ölkə

İran parlamenti Hörmüzdən keçən gəmilərdən ödəniş alınmasını ilə bağlı maddəni qəbul etdi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Hörmüz boğazından keçən gəmilərə göstərilən xidmətlərə görə ödəniş alınmasını nəzərdə tutan maddəni qəbul edib.

AZERFAX.AZ xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, komissiyanın sözçüsü Həsən Kaşqəvi bildirib ki, iclasda “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsinə dair Strateji Fəaliyyət Planı” adlı qanun layihəsinin müzakirəsi davam etdirilib.

Onun sözlərinə görə, əvvəlki iclasda müzakirəsi təxirə salınan 3-cü maddə qəbul edilib. Maddəyə əsasən, dənizçilik, ətraf mühitin mühafizəsi, xüsusi hallarda yanacaq təminatı, sığorta, təhlükəsizlik və Hörmüz boğazında göstərilən digər xidmətlərə görə gəmilərdən ödəniş alınacaq.

Kaşqəvi qeyd edib ki, ödənişlər Hörmüz boğazından keçməsinə icazə verilən ölkələrin gəmilərindən İran rialı və ya Tehran tərəfindən müəyyən ediləcək digər valyuta ilə tutulacaq.

Komissiya sözçüsü layihədə Hörmüz boğazına sahilyanı ölkələrin hüquqlarına da diqqət yetirildiyini bildirib. O, beynəlxalq hüquq və qaydalar çərçivəsində dəniz nəqliyyatının azadlığının tanındığını, eyni zamanda sahilyanı ölkələrin təhlükəsizliyinə və suverenliyinə hörmət edilməsinin vurğulandığını söyləyib.

Kaşqəvi Hörmüz boğazı və Fars körfəzinin özünəməxsus qayda və şərtlərə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Oman 1982-ci il BMT Dəniz Hüququ Konvensiyasını qəbul etdikdən sonra siyasi bəyanat yayaraq, konvensiyanın müddəalarının ölkənin milli suverenliyi və təhlükəsizliyinə xələl gətirməməli olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button