AZERFAX TV

Bu yaranın sağalması üçün vaxt lazım olacaq

Argentina millisinin 39 yaşlı kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olduqdan sonra sosial şəbəkə hesabında ilk paylaşımını edib.

AZERFAX.AZ xəbər verir ki, məğlubiyyətdən sonra göz yaşlarına boğulan əfsanə kədərini təqibçiləri ilə bölüşüb.

“Kədərimiz çox böyükdür və bu yaranın sağalması üçün vaxt lazım olacaq. Lakin bütün yaxşı anları da xatırlayıram. Hər şeyimizi ortaya qoyaraq geridən qayıtdığımız, yaddaşlarda əbədi qalacaq oyunlar keçirdik. Bütün ölkənin dəstəyini hiss etdik. Bu komandanın zəhməti və əzmi sayəsində Argentina yenidən dünyanın ən yaxşı komandaları sırasına qayıtdı. Bu gün etdiklərimizi qiymətləndirmək çətindir, amma bu qrup ardıcıl iki dəfə Dünya Kubokunun finalına çıxdı. Hər təbrik və hər mesaj üçün ürəkdən təşəkkür edirəm. Bir daha ölkə olaraq birləşməyi, birlik hissini və argentinalı olmaqdan qürur duymağı bacardıq”, – Messi yazıb.

O, sonra İspaniya millisini dünya çempionu olması münasibətilə təbrik edib.

Related Articles

Bir cavab yazın

Back to top button