Ölkə
İlham Əliyev Almaniyaya rəsmi səfərə gəldi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.
AZERFAX.AZ-ın məlumatına görə, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.



