AZERFAX TV
Canlı yayımda şok anlar: Bir qəzadan danışırdı, ikinci qəza oldu

Polşada televiziya heyəti ölümcül yol qəzası barədə canlı yayım hazırlayarkən gözlənilməz hadisə baş verib.
AZERFAX.AZ yerli KİV-ə istinadən xəbər verir ki, müxbir gənc oğlanın avtomobilin altında qalaraq həyatını itirdiyi qəza barədə məlumat verərkən, arxa planda elektrikli skuterdə hərəkət edən gənc qızı avtomobil vurub.
Hadisə canlı yayım zamanı kameraya düşüb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralı qıza ilkin müdaxilə edib. Onun xəsarətinin ciddi olmadığı bildirilib.
Qəzadan sonra hadisə yerindən uzaqlaşan sürücü qısa müddət sonra geri qayıdaraq səlahiyyətli şəxslərə təslim olub.
Müəllif: Roza



