AZERFAX TV

Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda

Ceyson Stethemin sevgilisi, model Rozi Hantinqton-Uaytli şam yeməyinə ziyafət geyimində qatılıb.

AZERFAX.AZ xəbər verir ki, o, fotoları “Instagram” sosial şəbəkəsində paylaşıb.

Rozi Hantinqton-Uaytli gecə üçün dərin dekolteli transparan qırmızı bodi və dantelli qara karandaş-yubkaya üstünlük verib. Obrazı sivriburun ayaqqabılar və qızıl sırğalar tamamlayıb. Modelin saçları yumşaq dalğalarla düzəldilib, çəhrayı pomada ilə ziyafət makiyajı olunub. Kadrlarda o, Ceyson Stethem ilə birgə poz verib.

Stethem və Hantinqton-Uaytli 2010-cu ildən birlikdədir. 2016-cı ildə aktyor sevgilisinə evlilik təklifi etsə də, toy hələ baş tutmayıb. Cütlüyün ilk övladı 2017-ci il iyunun 24-də dünyaya gəlib. Onlar oğullarına Cek Oskar adını veriblər. Hantinqton-Uaytlinin ikinci hamiləliyi barədə 2021-ci ilin avqustunda məlum olub. O, şəxsi bloqunda böyüyən qarnı ilə fotosunu nümayiş etdirərək bu barədə özü xəbər verib. 2022-ci il fevralın 2-də isə “Victoria’s Secret” “mələyi” qız övladı dünyaya gətirib. Aktyorun sevgilisi vaxtaşırı sosial şəbəkələrdə uşaqları ilə olan fotolarını bölüşür.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button