Ölkə
Taliska heyətdən çıxarıldı: “Fənərbağça”dan gedir


İstanbulun “Fənərbağça” klubu daha bir ulduz futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Xarici KİV braziliyalı hücumçu Anderson Taliskanın İstanbul klubunu tərk etməyə hazırlaşdığını yazıb.
Diqqətçəkən digər məqam isə 33 yaşlı futbolçunun “Fənərbağça”nın əsas heyətindən çıxarılmasıdır. Anderson Taliska sabah “Samsunspor”la keçiriləcək matçda meydana çıxmayacaq.
Türkiyə mediası Anderson Taliskanın Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” klubu ilə razılığa gəldiyini açıqlayıb. Transferin gələn həftənin əvvəlində reallaşması gözlənilir.



