AZERFAX TV

Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq

Yeni tədris ilindən başlayaraq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi kənd yerləri üçün yeni məktəb avtobusları ayıracaq.

AZERFAX.AZ xəbər verir ki, nazir Janna Andreasyan bunu cümə axşamı hökumət iclasında açıqlayıb.

Avtobuslar məktəblərin bağlandığı kiçik kəndlərdə istifadə olunacaq, şagirdlər isə qonşu kəndlərdəki daha böyük təhsil müəssisələrinə köçürüləcək.

Nazir qeyd edib ki, avtobusların tətbiqi prosesinə yeni tədris ilində başlanılacaq. Bu məsələ hazırda Daxili İşlər Nazirliyi və digər qurumlarla müzakirə olunur.

Qeyd etmək lazımdır ki, müxalifət əvvəllər kiçik kəndlərdə məktəblərin bağlanmasını tənqid etmişdi.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button