Sarkisyanı belə öldürüblər: Rusiya təfərrüatları açıqladı

Moskvada “Arbat” batalyonunun qurucusu Armen Sarkisyanın qətlinin arxasında Ukrayna Təhlükəsizlik Xidməti və hərbi kəşfiyyatından olan naməlum şəxslər dayanır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən “RİA Novosti”yə bildirlib.
“İstintaq müəyyən edib ki, 2024-cü ilin mart ayından gec olmayaraq Ukrayna Təhlükəsizlik Xidmətindən və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən naməlum şəxslər Moskvada terror aktı törətmək planı hazırlayıblar. Hücumun hədəfi 2014-cü ilin fevral ayında Ukraynada baş verən dövlət çevrilişinə qarşı çıxan ictimai xadim Armen Sarkisyan olub”, – deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, cinayəti törətmək üçün Varaj Manukyan, Paruyr Matevosyan və başqalarının da daxil olduğu bir qrup yaradılıb. Cinayətin iştirakçıları qurbanı müşahidə edib, onun marşrutlarını və mühafizəsini araşdırıb və onu videoya çəkiblər.
Manukyan MON-50 minasından və digər komponentlərdən hazırlanmış əldəqayırma partlayıcı qurğunun daşınmasını və saxlanmasını təmin edib. Qətl günü, 3 fevral 2025-ci ildə Matevosyan qurbanın yaxınlaşması barədə cinayətkarı xəbərdar edib, bundan sonra cinayətkar partlayıcı qurğunu uzaqdan işə salıb.
Partlayış nəticəsində Armen Sarkisyan və partlayışı törədən Paruyr Matevosyan dərhal həlak olublar. İki qurban ağır bədən xəsarəti alıb, digəri isə orta dərəcəli bədən xəsarəti alıb. Bundan əlavə, İstintaq Komitəsi əlavə edib ki, yaşayış kompleksinin idarəetmə şirkətinə xeyli maddi ziyan dəyib.
Müəllif: Tural



